EN

Porsche ABŞ də 173 000 dən çox avtomobili geri çağıracaq

ain.az bildirir, Oxu.az portalına istinadən.

Alman avtomobil istehsalçısı "Porsche" 173 500 avtomobili geri çağıracaq. Buna səbəb arxa görüntü kamerasındakı problemdir - təsvir ekranda əks olunmur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat verib.

Bildirilib ki, geri çağırılma 2024-25-ci il istehsalı olan "Cayenne", "Cayenne E-Hybrid", "911", "Taycan" və "Panamera" modellərinə, eləcə də 2025-ci il buraxılışı olan "Panamera E-Hybrid" modelinə şamil ediləcək. NHTSA qeyd edib ki, bu nəqliyyat vasitələri federal təhlükəsizlik standartlarına cavab vermir.

Bundan əlavə, agentlik vurğulayır ki, dilerlər indi proqram təminatını pulsuz yeniləyəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
5
oxu.az

6Sources