EN

İki ölkə ABŞ vətəndaşlarının girişini qadağan edib

Burkina Faso və Mali hakimiyyəti Vaşinqtonun bu ölkələrin vətəndaşlarına viza verməkdən imtina etmək qərarına cavab olaraq ABŞ vətəndaşlarının girişini qadağan edib.

Ölkə.Az-ın məlumatına görə, bu barədə hər iki ölkənin xarici işlər nazirlikləri məlumat yayıb.

Burkina Faso xarici işlər naziri Karamoko Jan-Mari Traore bildirib: "Qərarımız dövlətlər arasında suveren bərabərliyin qorunmasına və diplomatik münasibətlərin əsası kimi qarşılıqlı hörmətin təsdiqlənməsinə yönəlib".

Mali Xarici İşlər Nazirliyi ABŞ administrasiyasının Afrika ölkəsi ilə heç bir məsləhətləşmə aparmadan birtərəfli qaydada Mali vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq etdiyini bildirib. Vaşinqtonun qərarı ictimai təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən irəli sürdüyü barədə iddialar qətiyyətlə rədd edilib. Əsl motivlərin siyasi kontekstdə ola biləcəyi vurğulanıb.

Chosen
76
1
olke.az

3Sources