EN

Uitkoff Ukrayna və Aİ rəsmiləri ilə məsləhətləşmələr aparıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya-Ukrayna münaqişəsinə dair Avropa İttifaqı və Ukraynanın milli təhlükəsizlik müşavirləri ilə məsləhətləşmələr aparıb.

Aznews.az xəbər verir ki, bu barədə Uitkoff "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Dövlət katibi Marko Rubio və sahibkar Cared Kuşnerlə birlikdə biz Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri Conatan Pauell, Emmanuel Bonn və Günter Satter, habelə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerovla sülh prosesində növbəti addımların irəliləməsi üçün səmərəli söhbətlər apardıq",- paylaşımda deyilir.

Uitkoffun sözlərinə görə, tərəflər sülh prosesi çərçivəsində razılaşdırılmış addımların praktiki həyata keçirilməsinə, o cümlədən təhlükəsizlik təminatlarının gücləndirilməsinə və müharibənin dayandırılması və onun bərpasının qarşısının alınması üçün effektiv deeskalasiya mexanizmlərinin hazırlanmasına diqqət yetiriblər.

Chosen
83
2
aznews.az

4Sources