2025-ci ildə dünyanın ən varlı 500 adamının sərvəti rekord həddə çataraq 2,2 trilyon dollar artıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məqalədə qeyd olunur ki, “Bloomberg Sərvət İndeksi” tərəfindən qeydə alınan artımın təxminən dörddə biri yalnız səkkiz nəfərin hesabına düşüb. Onların arasında "Oracle" şirkətinin sədri Larri Ellison, "Tesla" şirkətinin baş direktoru Elon Mask, "Alphabet" şirkətinin həmtəsisçisi Larri Peyc və "Amazon"un təsisçisi Ceff Bezos da var.
Beləliklə, milyarderlərin ümumi sərvəti 11,9 trilyon dollara çatıb.