EN

"Parisin son kraliçası" vəfat etdi

Fransız moda əfsanəsi Jaklin de Rib 96 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, onun köməkçisi Stefani Muli əfsanəvi moda dizayneri və fransız zərifliyinin simvolu olan Jaklinin çərşənbə axşamı İsveçrədə vəfat etdiyini açıqlayıb.

Qeyd edək ki, "Parisin son kraliçası" adlandırılan Jaklin de Rib 1956-cı ildə dünyanın ən zərif geyimli qadınları siyahısına daxil edilib.

Dizayn sahəsində çalışdıqdan sonra o, müştərisi olduğu "Yves Saint Laurent"in dəstəyi ilə öz moda evinin yaradıldığını elan edib. Ribesin debüt kolleksiyası böyük maraqla qarşılanıb. Dizayner 1995-ci ilə qədər moda evinə rəhbərlik edib, daha sonra isə səhhətindəki problemlərə görə onu bağlayıb.

2019-cu ilin sonunda Fransadakı "Sotheby's" hərrac evində onun kolleksiyası 22,8 milyon avroya satılıb.

Chosen
99
42
publika.az

10Sources