EN

Donald Tramp yeni illə bağlı ən böyük arzusunu açıqladı

ABŞ Prezidenti Donald Tramp yeni ildə dünyada sülhün bərqərar olması üçün səy göstərmək niyyətindədir.

"Yeni Sabah" xəbər verir ki, o, bu barədə jurnalistlərə Mar-a-Laqo malikanəsində ziyafətin əvvəlində bildirib.

Yeni il öncəsi özünə hər hansı söz verib-vermədiyini soruşduqda Vaşinqton administrasiyasının rəhbəri belə cavab verib: "Bəli, var. Yer üzündə sülh".

D.Tramp ABŞ-ın Ukraynaya qoşun göndərməyə hazır olub-olmaması və ya Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelaya hücumda rolu ilə bağlı suallara cavab verməyib. 

Birləşmiş Ştatlar lideri sadəcə gülümsəyib və jurnalistlərə "Təşəkkür edirəm" deyib.


Telegram kanalımız
Chosen
47
3
yenisabah.az

7Sources