2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib.
AzEdu.az xəbər verir ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə, saat 00:01-də Naxçıvan şəhər sakinləri Gülməmmədovlar ailəsində oğlan uşağı anadan olub.
2.6 kq çəkidə doğulan uşaq tam sağlamdır.
Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib.