EN

Bu gün intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur. 

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Chosen
74
49
redaktor.az

10Sources