EN

İlin ilk körpəsi doğuldu - Foto

2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib...

Naxçıvan Perinatal Mərkəzindən verilən məlumata görə, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhər sakini Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya gəlib.

2,6 kq çəkidə doğulan uşaq tam sağlamdır.

Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib.

TƏBİB-in nəzdindəki tibb müəssisəsində də 2026-cı ilin ilk körpəsi dünyaya gəlib.

01.01.2026-cı il tarixində saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kq. 200 qramdır.

Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.


Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.

Poliqon.info

Chosen
33
4
poliqon.info

10Sources