EN

2026-cı ilin ilk körpəsi dünyaya gəldi

Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. 01.01.2026-cı il tarixində saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kq. 200 qramdır. Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.

Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.

Chosen
29
17
metbuat.az

10Sources