EN

İlham Əliyev Sudan Respublikasının Suveren Keçid Şurasının Sədrini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu ünvanlayıb.

Xezerxeber.az xəbər verir ki, təbrikdə qeyd edilir:

"Hörmətli cənab Sədr,

Sudan Respublikasının müstəqilliyinin 70-ci ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Sudan arasında münasibətlərin və əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Chosen
167
37
xezerxeber.az

10Sources