Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 1-i saat 11:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, qarın hündürlüyü Şərurda (Biçənək) 29, Qaxda (Sarıbaş) 17, Qusarda 12, Gədəbəydə 7, Şahbuzda 6, Sədərəkdə 5, Xınalıq, Qrızda 4, Şəki, Xaltan, Şahdağ, Culfada 1 sm-dir.