EN

Sabah sulu qar yağacaq PROQNOZ

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda və Abşeron yarımadasında yanvarın 2-də günün birinci yarısında bəzi yerlərdə küləyin intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Bildirilib ki, havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
83
49
sia.az

10Sources