EN

KİV: İsveçrədəki faciəyə pirotexnika səbəb ola bilər

İsveçrədə xizək kurortunda partlayış I 40 nəfər ölüb - Yenilənib
AzVision.az xəbər verir ki, bu barədə Rhône FM radiostansiyası məlumat verib. Nəşr bildirib ki, bir neçə mənbəyə görə, partlayışa səbəb pirotexnika ilə ehtiyatsız davranma ola bilər.

Vale kantonunun polisi Kran-Montana kurortunda onlarla insanın həyatına son qoyan bar yanğınının qurbanları arasında əcnəbilərin də ola biləcəyini bəyan edib.

Qeyd edək ki, İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı barda baş verən partlayış nəticəsində təxminən 40 nəfər ölüb.


AzVision.az
Chosen
41
azvision.az

1Sources