Ajans.az bu barədə RBC-yə istinadən xəbər verir. Şəbəkənin Avropada beş telekanalı yayımını dayandırıb: "MTV Music", "MTV 80s", "MTV 90s", "Club MTV" və "MTV Live". Onların yayımı ilk olaraq Böyük Britaniya və İrlandiyada, daha sonra isə Fransa, Almaniya, Avstriya, Polşa və Macarıstanda dayandırılıb. Telekanal, həmçinin Braziliya və Avstraliyada da bağlanacaq. Əsas telekanal olan "MTV HD" ABŞ-də yayımını davam etdirəcək. Digər kanalların bağlanması şirkətin dünya üzrə xərclərini 500 milyon dollar azaltmaq planları ilə bağlıdır. Xatırladaq ki, MTV ilk dəfə 1981-ci ildə ABŞ-də fəaliyyətə başlayıb.