Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub, daha 6-sı isə yaralanıb.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, onlar, əsasən, Ukraynanın Donbas və Xarkov vilayətləri istiqamətində döyüşlər zamanı həyatlarını itirib və ya zərər çəkiblər.
Â
Bundan başqa, ölkə üzrə 20 azərbaycanlının evi və ya mülkü aviazərbələrdən ya zərər görüb, ya da dağılıb.
Qeyd edək ki, ölən və zərərçəkən azərbaycanlıların hamısı Ukrayna vətəndaşlarıdırlar.