EN

Hamı Bakıdakı həmin mənzərədən dəhşətə gəldi: uşaq unuduldu - VİDEO

Bakının mərkəzi küçələrindən birində baş vermiş yol nəqliyyat hadisəsindən sonra yaşananlar insanların hiddətinə səbəb olub.

"Ölkə.az" xəbər verir ki, hadisə zamanı piyada səkisində olan uşağın üzərinə məhəccər aşıb. Uşaq ağır xəsarətlərlə yerə yıxılıb və huşsuz vəziyyətdə qalıb.

Bütün bunlara baxmayaraq qəza zamanı avtomobilləri ziyan çəkən sürücülər xəsarət alan uşağa yardım etmək əvəzinə, bir-biri ilə mübahisə etməyə başlayıblar.

Xəsarət alan azyaşlıya hadisə yerindən keçən polis əməkdaşları dərhal müdaxilə ediblər. Polis əməkdaşlarının müşayiəti ilə azyaşlı xəstəxanaya çatdırılıb. Ağır vəziyyətdə, koma halında olan uşaq reanimasiyaya yerləşdirilib, təcili əməliyyat olunub və həyatını xilas etmək mümkün olub.

Hazırda azyaşlının vəziyyəti həkimlərin nəzarəti altındadır.

 

Chosen
119
11
olke.az

10Sources