EN

Qabon yığmasının fəaliyyəti dayandırılıb, məşhur futbolçusu heyətdən uzaqlaşdırılıb

Futbol üzrə Qabon yığmasının texniki heyəti, məşqçiləri buraxılaraq fəaliyyəti ikinci bildirişə qədər dayandırılıb.

Aznews.az xəbər verir ki, buna səbəb komandanın Mərakeşdə təşkil edilən Afrika Millətlər Kubokundakı uğursuzluğu olub.

Bu barədə ölkənin idman işləri üzrə səlahiyyətli naziri Simplis - Dezir Mamboula elan verib. O, həmçinin iki aparıcı oyunçunun – Bruno Ekuele Manqa və Pyer-Emerik Obameyanqın komandadan kənarlaşdırıldığını bildirib.

Chosen
63
5
aznews.az

8Sources