“Krans-Montanada baş verən və çoxsaylı insan tələfatına, həmçinin xəsarətlərə səbəb olan faciəvi yanğın xəbəri bizi dərin kədərə boğdu”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial mediada paylaşım edib.
Paylaşımda bildirilir:
“Həlak olanların ailələrinə və İsveçrə xalqına dərin hüznlə başsağlığı veririk.
Düşüncələrimiz yaxınlarını itirənlərlədir və xəsarət alanlara tezliklə sağalma arzulayırıq”.
Tarix: 1 Yanvar 2026, 17:50