Bu ildən etibarən bir sıra sahələrdə inzibati məsuliyyət tədbirləri sərtləşdirilir. Yəni cərimələrin məbləği artılır.
Xezerxeber.az-ın mÉ™lumatına görÉ™, yeni dÉ™yiÅŸikliklÉ™r yol hÉ™rÉ™kÉ™ti, mÉ™dÉ™ni quruculuq, ekoloji tÉ™hlükÉ™sizlik vÉ™ rÉ™qÉ™msal mühit kimi sahÉ™lÉ™ri É™hatÉ™ edir.Â
İqtisadçı-ekspert Kənan Quluzadənin sözlərinə görə, 2026-cı ildə əsasən inzibati və vergi cərimələrinin kəskin artırılması müşahidə olunur.
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, cərimələrin artırılması təkcə cəza məqsədi daşımır, əsas hədəf vətəndaşların məsuliyyətini gücləndirməkdir.
Cəzalar sərtləşdirilən daha bir istiqamət isə tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama halı ilə bağlıdır. Belə ki, dövlət tərəfindən mühafizə olunan bu abidələri qəsdən məhv etmə və ya korlamaya görə iki min manatdan dörd min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyəcək.
Xezerxeber.az mövzu ilÉ™ baÄŸlı daha É™traflı videomaterialı tÉ™qdim edir.Â