EN

Zaqatalada baş verən qəzada sürücü və sərnişin yaralanıb

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Zaqatala-Aşağı Tala avtomobil yolunda Yol- nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC- ın bölgə müxbirinin məlumatına görə, hərəkətdə olan minik avtomobilləri toqquşub.

Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü və sərnişin xəsarət alıb.

Hər iki yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilib.

Yaralılara ilkin tibbi yardım göstərilir.

Baş vermiş qəza ilə bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
60
1
yeniazerbaycan.com

10Sources