EN

Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı

Gürcüstan-Rusiya sərhədinə aparan yolda (Yuxarı Lars gömrük-keçid məntəqəsi) bütün növ nəqliyyat vasitələrinin hərəkəti qar uçqunu təhlükəsi səbəbindən qadağan edilib.

Moderator.az "Sputnik Gürcüstan"a istinadÉ™n xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ ölkÉ™nin Avtomobil Yolları Departamenti mÉ™lumat yayıb.

Nəqliyyatın hərəkətinə qoyulan qadağa beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri (Posta) - Kobi hissəsində qüvvədədir.

Hərbi Gürcüstan yolu kimi tanınan Mtsxeta-Stepantsminda-Lars magistralı hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.

Kazbeqi - Yuxarı Lars gömrük-keçid məntəqəsi isə bu gün Gürcüstan-Rusiya quru sərhədində fəaliyyət göstərən yeganə buraxılış məntəqəsidir.

Chosen
40
2
moderator.az

3Sources