EN

Gürcüstan-Rusiya sərhədi bağlandı

Gürcüstan ərazisində yağan aramsız qar bir sıra ciddi problemlər yaradıb.

 

Modern.az xÉ™bÉ™r verir ki, Gürcüstan-Rusiya quru sÉ™rhÉ™dinÉ™ gedÉ™n, elÉ™cÉ™ dÉ™ digÉ™r beynÉ™lxalq É™hÉ™miyyÉ™tli magistral yollar tam baÄŸlanıb.

 

Hərbi yol kimi tanınan Yuxarı Lars sərhəd keçid məntəqəsi qar uçqunu təhlükəsi səbəbindən bütün nəqliyyat vasitələrinin hərəkəti üçün qadağandır.

 

Qərb bölgəsində bəzi kəndlərlə əlaqə kəsilib. Qarın hündürlüyü bir metrə çatıb. Bəzi bölgələrə elektrik enerjisi və təbii qazın verilməsində fasilələr yaranıb.

 

Tbilisidən Marneuliyə gedən yolda da avtomobillərin hərəkətində problemlər yaranıb. Hidrometeoroloqların məlumatına görə, yağıntı və soyuq hava şəraiti davam edəcək. Temperaturun bəzi bölgələrdə mənfi 17 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.

Chosen
10
modern.az

1Sources