ABŞ Prezidenti Donald Tramp müntəzəm olaraq niyə idman etmədiyinin səbəbini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Wall Street Journal" qəzetinə verdiyi müsahibədə danışıb.
Tramp həyatında idmanın olmamasına toxunaraq etiraf edib: "Mən sadəcə bundan xoşum gəlmir. Bu, darıxdırıcıdır".
Məlum olub ki, ABŞ prezidentinin oynadığı yeganə idman növü qolfdur.
Tramp həmçinin nəşrə bildirib ki, ayaqlarındakı şişkinliyi azaltmaq üçün masasından daha tez-tez qalxmağa və bir az gəzməyə başlayıb.