EN

Türkiyənin “qırmızı bülleten”lə axtarışa verdiyi 40 şəxs ölkəyə gətirilib

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 nəfər ölkəyə ekstradisiya olunub.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Həmin şəxslər Gürcüstan (27), Almaniya (4), Bolqarıstan (3), ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstandan gətirilib.

Həmin şəxslər qəsdən adam öldürmə və adam öldürməyə cəhd, cinayətkar dəstə yaratma və üzvlük, narkotik vasitələrin qanunsuz dövriyyəsi, oğurluq, quldurluq və dələduzluq, informasiya texnologiyalarından istifadə etməklə dələduzluq, rəsmi sənədlərdə saxtakarlıq, şəxsi məlumatların qanunsuz ələ keçirilməsi, terror təbliğatı, cinsi istismar və fahişəliyə təşviq, qanunsuz silah saxlama, eləcə də şəxsi azadlıq və toxunulmazlığa qarşı cinayətlərə görə axtarışa verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
8
azpolitika.info

10Sources