İnterpolun "qırmızı bülleten"i əsasında beynəlxalq axtarışda olan 40 nəfər müxtəlif ölkələrdə saxlanılaraq Türkiyəyə ekstradisiya olunub.
Milli.Az Türkiyə mətbuatıan istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi İnterpol və Avropol strukturları ilə birgə koordinasiya şəraitində genişmiqyaslı əməliyyatlar həyata keçirib. Bu tədbirlər nəticəsində əsasən Gürcüstanda olmaqla yanaşı, Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstanda tutulan şəxslər Türkiyəyə gətirilib.
Bildirilib ki, saxlanılanlar arasında qəsdən adam öldürmə, cinayətkar dəstələrdə iştirak, narkotik maddələrin qanunsuz dövriyyəsi, azyaşlılara qarşı cinsi istismar, silahlı soyğunçuluq, fahişəliyə cəlbetmə, rəsmi sənədlərin saxtalaşdırılması və informasiya texnologiyaları vasitəsilə dələduzluq kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxslər də yer alır.
Kənan
Milli.Az