EN

Ukraynada müharibə dayanmayacaq General səbəbini açıqladı

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin qalib gələ biləcəyinə inandığı müddətcə Ukraynadakı müharibə dayanmayacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş baş komandanı, istefada olan general Ben Hoces deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın diplomatik səyləri uğursuzluğa məhkumdur:

“Çünki o, münaqişənin səbəbləri ilə heç vaxt maraqlanmayıb. O, bir dəfə də olsun müharibənin başlanmasına görə Putini məsuliyyətə cəlb etməyib. Əvəzində, təzyiqi yalnız Ukrayna tərəfinə göstərib və Rusiyanın qələbəsinin qaçılmaz olduğu barədə rus narrativini tam şəkildə qəbul edib”.

Generalın fikrincə, Kremlin qaçılmaz qələbəsi tezisi yanlışdır.

“Unutmamaq lazımdır ki, bu müharibə 2014-cü ildə başlayıb. 11 ildən sonra Rusiya Ukrayna ərazisinin cəmi 20 faizinə nəzarət edir və Rusiya iqtisadiyyatının ciddi problemləri var. Buna görə də mən ukraynalıların, hətta ruslar tərəfindən işğal olunmamış torpaqları verməyi nəzərdə tutan hər hansı bir razılaşmanı qəbul edəcəklərinə inanmıram”

O, həmçinin hesab edir ki, Ukrayna ABŞ-ın tələbləri ilə razılaşmaq məcburiyyətində deyil:

“Hazırda Trampın Ukraynaya təzyiq göstərmək üçün artıq heç bir real rıçağı yoxdur, çünki ABŞ əvvəlki kimi silah və yardım tədarük etmir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
3
axar.az

4Sources