EN

Ukrayna üzərində Çin dronları uçur, çünki... Jmaylo

ain.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna ərazisi üzərində uçan “Şahid” dronları Çin mütəxəssisləri tərəfindən təkmilləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo bildirib.

Onun sözlərinə görə, Ukrayna hazırda iki nüvə dövləti ilə - Rusiya və Şimali Koreya ilə müharibə aparır. Daha iki nüvə dövləti - İran və Çin isə Rusiyaya yardım edir.

Jmaylo vurğulayıb ki, Çin mütəxəssisləri artıq Rusiyaya tam dəstək mərhələsinə keçiblər:

“Ukrayna ərazisi üzərində uçan “Şahid”lər artıq İran istehsalı deyil, Çin mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş “Çin Şahid”ləridir”.

Jmaylo qeyd edib ki, Çin Rusiya üçün Qərbin Ukrayna üçün oynadığı rol kimi sabitləşdirici rol oynayır ki, Rusiya “çökməsin”.

Onun fikrincə, Çin Rusiyanın qələbəsində maraqlı deyil: əksinə, müharibənin mümkün qədər uzun müddət davam etməsində maraqlıdır ki, bu proses Rusiya, Ukrayna və bütövlükdə Qərb dünyasını zəiflədərək Çin və onun geosiyasi ambisiyalarının reallaşması üçün imkan yaratsın.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
axar.az

1Sources