EN

Kim Çen Inın qızı ilk dəfə anım mərasimində iştirak edib

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Cu E ilk dəfə hakim sülaləsinin ailə məqbərəsində anım mərasimində iştirak edib.Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.Bu da ekspertlər tərəfindən onun mümkün varisi roluna hazırlanmasına dair növbəti siqnal kimi qiymətləndirilir.Bildirilib ki, Şimali Koreya dövlət KİV-nin məlumatına görə, Kim Cu E atası və anası ilə birgə Kumsusan Günəş sarayını ziyarət edib. Bu məqbərədə sülalənin əsasını qoyanlar - Kim İr Sen və Kim Çen İr dəfn edilib. Bu, onun 2022-ci ildə "Hvason-17" qitələrarası raketinin buraxılışında iştirak edərək ictimai məkanda debütündən sonra Şimali Koreyanın bu müqəddəs məkanına ilk məlum ziyarətidir.

 

Günəş sarayı özü Şimali Koreyada hakimiyyətin varisliyi simvolu sayılır, ekspertlərin fikrincə, Cu Enin birinci sıranın mərkəzində olması onun xüsusi statusuna diqqət çəkmək üçün edilib.

Qeyd edilib ki, Cənubi Koreya kəşfiyyatı hələ 2024-cü ilin yanvarında Cu Eni Şimali Koreyanın gələcək lideri roluna ən ehtimal olunan namizəd adlandırmışdı.İlk dəfə ictimaiyyət qarşısına çıxdığı andan etibarən o, Kim Çen Inı strateji əhəmiyyətli hərbi və iqtisadi obyektlərin yoxlanılması zamanı müntəzəm olaraq müşayiət edir. Ötən ilin sonunda onun iştirakı demək olar ki, daimi olub - atom sualtı qayığının inşasına baxışdan tutmuş regional sənaye müəssisələrinin açılışında iştirakına qədər...Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
2
bizim.media

3Sources