EN

Yanvarın 1-də itkin düşmüş 5 nəfər tapılıb

Yanvarın 1-də itkin düşmüş 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Paralel.az xəbər verir ki , bu barədə DİN məlumat yayıb.
 

Bildirilib ki, dünən polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Bundan başqa, polis əməkdaşları yanvarın 1-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 5 patron darağı və 82 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Chosen
28
7
paralel.az

10Sources