EN

Jurnalist Nailə Əkbərova vəfat etdi

Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları paylaşım edib.

Qeyd edək ki, 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib.

O, jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT” telekanalında fəaliyyət göstərib.

N.Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır.

Chosen
17
12
kulis.az

10Sources