"Liverpul"un qapıçısı Alisson Bekker üçün "Lids"lə oyun əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, braziliyalı qolkiper 0:0 hesabı ilə başa çatan qarşılaşma ilə birlikdə Premyer Liqada 100-cü "quru oyun"unu keçirib.

A. Bekker 2018-ci ildən "Liverpul"da çıxış edir. O, Premyer Liqada 244 oyunda meydanda olub.