EN

Litvada rus dili ilə bağlı qadağa qüvvəyə mindi

BAKI, 2 yanvar. TELEQRAF

Litvada sürücülük imtahanında rus dilindən istifadənin qadağasını nəzərdə tutan qanun rəsmi olaraq qüvvəyə minib.

Teleqraf xəbər verir ki, müvafiq əmri Baltikyanı respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Vladislav Kondratoviç təsdiqləyib

"İmtahat Litva dilində və ya Avropa İttifaqının rəsmi dillərindən birində keçiriləcək" deyə nazir qeyd edib.

Qeyd edək ki,prosedur 2025-ci ildə qüvvəyə minməli idi. Lakin proses bir il ertələnib. Belə ki, ötən müddətdə sürücülük vəsiqəsi imtahanlarını idarə edən "Regitra" şirkəti Litva sakinləri və üçüncü ölkə vətəndaşları üçün islahatlarla bağlıhazırlıqlar aparıb.R

"Regitra"nın məlumatına görə, 2024-cü ildə 13 378 sürücülük imtahanı rus dilində aparılıb (keçirilən bütün imtahanların 9,7%-i).

Chosen
35
teleqraf.com

1Sources