EN

Bakı–Şamaxı yolundakı VƏZİYYƏT – VİDEO

Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub. 
Digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, qum və duz səpilir. 

Bu barədə Bizim Media-nın Aran bürosuna DİN-nin mətbuat xidmətinin Şəki Regional Qrupunun rəhbəri Mahir Məsimov məlumat verib.

O, deyib ki, sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir. 


Bizim.Media, Aran bürosu

Chosen
27
7
bizim.media

8Sources