EN

Ulduz hücumçu millidən qovulmasına belə reaksiya verdi

Hücumçu Pyer-Emerik Obameyanq Qabon hökumətinin onu milli komandanın heyətindən kənarlaşdırması, eyni zamanda yığmanın fəaliyyətinin dayandırılması və məşqçilər korpusunun buraxılması qərarına münasibət bildirib.

Publika.az xəbər verir ki, 36 yaşlı forvard bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Düşünürəm ki, komandanın problemləri mənim kimi kiçik bir insandan qat-qat dərindir”, - deyə "Marsel"in futbolçusu yazıb.

Afrika Millətlər Kubokunun qrup mərhələsində Qabon yığması Kameruna 0:1, Mozambikə 2:3 və Kot-d’İvuara 2:3 hesabı ilə məğlub olub və F qrupunu sonuncu pillədə başa vurub.

Chosen
38
publika.az

1Sources