EN

Məhkumun qəbiristanlıqda gizlətdiyi "Kalaşnikov" avtomatı aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları birgə əməliyyat keçiriblər.

Bu barədə Day.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbiristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş "AKS-74" tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.

Chosen
53
28
day.az

10Sources