EN

"İran aksiyaçılara atəş açsa, biz gələcəyik" - Tramp HƏDƏLƏDİ

ABŞ prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Əgər İran dinc etirazçıları atəşə tutub zorakılıqla öldürərsə, (bu, onların adətidir) ABŞ onların köməyinə gələcək. Biz silahlanmışıq, yüklənmişik və getməyə hazırıq”, - deyə ABŞ lideri qeyd edib.


Bizim.Media

Chosen
49
1
bizim.media

3Sources