EN

Əvvəlki klubuna qayıdacaq

Paskal Qross yenidən İngiltərədə çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, almaniyalı yarımmüdafiəçi tezliklə premyer-liqada top qovacaq.

İnsayder Fabritsio Romanonun məlumatına görə, “Brayton” futbolçunun transferi ilə bağlı Dortmund “Borussiya”sı ilə razılığa gəlib. Tərəflər arasında bütün detalların razılaşdırıldığı və təcrübəli oyunçunun tezliklə tibbi müayinədən keçəcəyi bildirilir.

Qeyd edək ki, Qross doğma klubuna qayıdacq. O, 2017-24 illərdə çıxış etdiyi “Brayton”un heyətində 261 oyuna çıxaraq 32 qol vurub və 53 məhsuldar ötürmə edib. Paskal bu mövsüm Dortmund klubunun heyətində 16 matçda iştirak edib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
51
1
football-plus.az

2Sources