Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadənin sərvətinin dəyəri bəlli olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda onun sərvəti 10-12 milyon dollar arasında qiymətləndirilir.
Məlumata görə, bu sərvətin başlanğıc nöqtəsi onun SOCAR-ın reklam və maliyyə əməliyyatları bölməsindəki keçmiş rolu ilə sıx bağlıdır.