EN

Yeni ildə yeni hədəflərə, yeni uğurlara doğru - Vüqar Rəhimzadə

Bakı. Trend:

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının HəmrəyliyiGünü və Yeni il münasibətilə müraciəti 2025-ci ilin uğurlarına qısabaxış əsasında Yeni ilin hədəflərinin təqdimatı oldu. Yeni il yenihədəflərin müəyyənləşdirilməsi, möhtəşəm uğurlara gedən yolunbaşlanğıcıdır. Möhkəm təməl, düşünülmüş siyasət Azərbaycana daimuğurlar, zəfərlər qazandırır, hər dövrün çağırışlarının yüksəksəviyyədə yerinə yetirilməsini şərtləndirir. Müraciətində “2025-ciil arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu ilolmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıqşəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızınəsas amilidir” söyləyən Prezident İlham Əliyev bu əminliyi də ifadəetdi ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq,ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icraediləcəkdir. 2025-ci ildə şanlı Zəfərimizin beşinci ildönümünüböyük fəxarət hissi ilə qeyd etdik, tarixi Zəfərimiz bizimlə əbədiolacaq.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

"Diqqəti 2025-ci ildə keçirilən Zəfərimizin beşinci ildönümünəhəsr olunmuş Hərbi parada yönəldən Prezident İlham Əliyev bildirdiki, paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərinbir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. Son 5 ilərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədəartırıb. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu günistənilən vəzifəni icra etməyə qadirdir. Son 5 ildə həm yerliistehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda,xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavəedərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. SilahlıQüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı. XüsusiTəyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeniyaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər vəzabitdən ibarətdir. Prezident İlham Əliyev bu çağırışı da etdi ki,biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxadaqaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öztəhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyadabeynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır”prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib.Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olanhalda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, özseçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq", -VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, son beş il tarixiZəfərimizi beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək,təsdiqləmək istiqamətində atılan addımlarla zəngin oldu.Azərbaycanın tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətinədəstək, Zəfərimizin yaratdığı reallıqların dünya miqyasında qəbuluson beş ildə Azərbaycanın xarici siyasət uğurlarında özünün aydınifadəsini tapır. Bunun üçün təkcə 2025-ci ildə Prezident İlhamƏliyevin xarici ölkələrə, həmçinin müxtəlif ölkələrin liderlərininAzərbaycana səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir.Prezident İlham Əliyev hər bir səfər çərçivəsində keçiriləngörüşlərdə diqqəti tarixi Zəfərimizə və suverenliyimizin tambərpasına yönəldərək bölgədə dayanıqlı sülhün təmin edilməsi,Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmizinqarşı tərəfə ünvanladığı sülh təklifindən,onun reallaşmasıistiqamətində atılan addımlardan geniş bəhs edir. Prezident İlhamƏliyev sözügedən müraciətində diqqəti məhz bu reallıqlarayönəldərək bildirdi ki, bütün dünya bizim Zəfərimizi qəbul edir vəbizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycanmünaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixinarxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalqgündəlikdən tamamilə silinmişdir. Zəfər çalmış ölkə kimi biz məğlubedilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörənsiyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrindədeyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz özərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMTNizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələriəsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətənmüharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmışsülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizimsiyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki,de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qantökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni AğEvdə, Amerika Prezidentinin iştirakı ilə möhürlədik.

Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin mühümreallıqlarından biri də işğaldan azad edilmiş ərazilərimizdəgenişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, soydaşlarımızınmərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışıdır. Azad Qarabağımızvə Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Bu ərazilərimizdəsoydaşlarımızın yüksək səviyyədə yaşayışının təmin edilməsi üçünbütün zəruri işlər görülür. Azərbaycanın son beş ildə Böyük QayıdışProqramı çərçivəsində gördüyü işlərin miqyası ölçüyəgəlməzdir. Bu,ölkəmizin iqtisadi və maliyyə imkanlarının, eyni zamanda, 30 iltorpaq həsrəti ilə yaşayan xalqımızın necə qurucu xalq olduğununnümayişidir. Xalqımız bu günləri böyük səbirsizliklə gözləmişdi.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilərəşadətli Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində sahibinəqovuşan torpaqlarımız sevincli günlərini yaşayır. Prezident İlhamƏliyev Yeni il müraciətində bildirdi ki, Böyük Qayıdış Proqramıuğurla icra edilir. Artıq 70 minə yaxın insan işğaldan azad edilmişərazilərdə yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd,qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şəraityaradılmışdır. Prezident İlham Əliyev tarixi Zəfərimizinreallıqları fonunda bu reallığı da qeyd etdi ki, biz beynəlxalqmövqelərimizi böyük dərəcədə möhkəmləndirə bildik. Bu günAzərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki,dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etməküçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimizçoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurlaaparılır.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev müraciətindəAzərbaycanın xarici siyasət uğurları sırasında ev sahibliyi etdiyitədbirlərdən də bəhs etdi. 2025-ci ildə ölkəmizdə bir çox mötəbərbeynəlxalq tədbirlər keçirildi. Bunların arasında işğaldan azadedilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü, Qəbələdə Türk DövlətləriTəşkilatının Zirvə Görüşünü qeyd edə bilərik. O da vurğulandı ki,bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizimmaraqlarımıza uyğundur. Hər bir çıxışı, müraciəti mühümçağırışlarla zəngin olan Prezident İlham Əliyevin sözügedənmüraciətində də gələcəyimizə yönələn hədəflər öz əksini tapmışdır.“Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Bizheç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsəbizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Bizmüqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heçkimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik vəverməyəcəyik ki, bizim işimizə qarışsın” söyləyən Prezident İlhamƏliyev qeyd etdi ki, tədricən hər kəs belə cəhdlərin sayının dakəskin azaldığını görür. Çünki bunun heç bir mənası yoxdur. Bizətəzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizimgüclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz,iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımızvə digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öziradəsini diktə edə bilməz.

Vüqar Rəhimzadə ölkəmizin hərtərəfli inkişafında stimulvericiamil olan iqtisadi tərəqqidən də bəhs edib. Reallıq budur ki,Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə daim dünyanındiqqətindədir. Ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərindəqurması Azərbaycanın davamlı inkişafında əhəmiyyətli rol oynayır.Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neftstrategiyasının son 22 ildən artıq dövrdə Prezident İlham Əliyevtərəfindən uğurla davam etdirilməsi sosial-iqtisadigöstəricilərimizdə öz təsdiqini tapır. Prezident İlham Əliyev ilkgündən bu çağırışı etdi ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdədeyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.Prezident İlham Əliyevin Yeni il müraciətində də əsas diqqətyönəltdiyi məsələlərdən biri iqtisadi tərəqqi oldu. Bildirdi ki,valyuta ehtiyatlarımız tarixi rekord həddə çataraq 80 milyarddollardan çoxdur. Xarici borcumuz daha da aşağı düşüb, bu günümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki,bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur.Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir vətəsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləriAzərbaycanın kredit reytinqini qaldırıblar - investisiya reytinqinimüsbət reytinq səviyyəsinə qaldırıb.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu qeydlərimizdə 2025-ci ilintariximizə yazdığı uğurların yalnız az bir hissəsini diqqətəçatdırdıq. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütünsahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsasçağırışlarından biri məhz budur ki, güclü Azərbaycan həmişə bizimhədəfimiz olub. Təbii ki, bu hədəf özündə mühüm məqamları ehtivaedir. Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla irəliləməsinişərtləndirən əsas faktor düşünülmüş siyasəti ilə ölkəmiziZəfərlərdən Zəfərlərə aparan, dövlətinə, xalqına bağlı Liderdir.Prezident İlham Əliyev Yeni il müraciətinin əvvəlində dəuğurlarımızda xalq-iqtidar birliyinin rolunu xüsusi vurğuladı.Prezident İlham Əliyev, həmçinin müraciətində bir daha bu çağırışıda səsləndirdi ki, dünyada yaşayan bütün azərbaycanlılarbilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycandövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdiki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər birazərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi -azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimizbirləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılıolmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətənimüstəqil Azərbaycan dövlətidir.

Chosen
47
13
az.trend.az

10Sources