EN

Ərdoğan Trampla telefonla danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan cümə namazı sonrası jurnalistlərə açıqlamasında bildirib.

 
"Hazırda bildiyiniz kimi, bu mövzuda həm Rusiya Prezidenti Vladimir Putin, həm Ukrayna Prezidenti Volodimir Zelenski ilə, həm də ABŞ Prezidenti Donald Tramp ilə, eləcə də Avropa ölkələrinin liderləri ilə görülərim davam edir. Bu həftə Parisdə yenə belə bir zirvə - "Könüllülər Konfransı" adı altında olacaq və mənim adımdan ora xarici işlər naziri qatılacaq. Lakin yenə də bazar ertəsi gündüz saat 4-də cənab Tramp ilə bir telefon danışığımız olacaq. Rusiya-Ukrayna arasındakı məsələləri, eyni zmanda, Fələstindəki məsələləri də müzakirə etmək imkanı əldə edəcəyik", - deyə Ərdoğan qeyd edib.

Chosen
21
1
xezerxeber.az

3Sources