Birləşmiş Ərəb Əmirliklərində qətlə yetirilən “Durovun dostu" adlandırılan rusiyalı kripto biznesmeni Roman Novak və həyat yoldaşı Annanın meyitləri Sankt-Peterburqa çatdırılıb.
Publika.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, Dubayda yaşayan cütlük noyabr ayında itkin düşüb. Müstəntiqlərin sözlərinə görə, cütlük oktyabrın 2-də Hattada investorlarla görüşməli idilər. Şəxsi sürücü onları gölün yaxınlığındakı dayanacağa aparıb, orada başqa bir maşına minib görüşə gediblər, sonra əlaqə kəsilib.