EN

2025-ci ilin əsas MƏDƏNİYYƏT HADİSƏLƏRİ

Yazını böyüt
Yazını kiçilt

2025-ci ilin sonuna yaxınlaşdıqca, geridə qoyduğumuz il ölkənin mədəni həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldı. İl ərzində teatr, kino, musiqi və ədəbiyyat sahəsində bir çox yeniliklər, festivallar və təqdimatlar keçirildi. Yerli və beynəlxalq səviyyəli layihələr ölkənin mədəni həyatına rəng qatdı.

Hafta.az oxu.az-a istinadan ilin ən yaddaqalan mədəni məqamlarından bəzilərini təqdim edir:

20 fevral - Prezident İlham Əliyev Ağdam şəhərində "İmarət" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Sərəncam imzalayıb.

2025-ci

17 aprel - Şuşada "Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi" mövzusunda I İslam Dünyası Mədəni Forumu keçirilib.

2025-ci

22 aprel - UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və dəstəyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərarı ilə Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun 2026-2027-ci illər üzrə qeyd olunacaq tədbirlər proqramına daxil edilib.

2025-ci

22 aprel - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib.

2025-ci

2 may - Bakıda Beynəlxalq Xalça Festivalı keçirilib. Festival "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə baş tutub.

2025-ci

20-21 may - Tacikistanın Düşənbə şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilib.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

3 iyun - Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olunub.

Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində "MDB-nin mədəniyyət paytaxtı - 2025" ilinin rəsmi açılış mərasimi keçirilib. Açılışda çıxış edən mədəniyyət naziri Adil Kərimli MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə "MDB-nin mədəniyyət paytaxtı" elan olunduğunu bildirib.

2025-ci

16 iyun - Parisdə Azərbaycanın mədəni sərvəti haqqında nadir nəşrlər təqdim olunub.

2025-ci

23 iyun - Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus "Qal, sənə qurban" mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

2025-ci

20 avqust - Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya-2025" mahnı müsabiqəsində iştirakdan imtina edib.

2025-ci

4 sentyabr - "Tağıyev: Neft" filmi ABŞ Kino Akademiyasının 98-ci "Oskar" mükafatlandırma mərasimində "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında mükafata namizədlərin siyahısına təqdim edilib.

2025-ci

5 dekabr - Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib. Festival çərçivəsində Nizami Kino Mərkəzində ümumilikdə 34 ölkəni əhatə edən 78 film nümayiş olunub.

Chosen
23
1
hafta.az

2Sources