EN

"Turbo.az”ın sahibi ölkənin ən varlı şəxsi oldu

"Bloomberg” agentliyinin məlumatına görə, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün – "turbo.az”, "tap.az”, "boss.az” və "bina.az”ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti 5,1 milyard dollar təşkil edib.

Publika.az Yeniavaz.com-a istinadla xəbər verir ki, dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes”in hesablamasına görə isə Mixail Lomtadzenin sərvəti 5,8 milyard dollara yüksəlib.

Qeyd olunur ki, hər iki reytinqdə o, Gürcüstanın ən varlı şəxsi kimi qeyd olunur.

Bildirilib ki, gürcü milyarderlərinin sərvəti yalnız "Bloomberg” terminalı vasitəsilə görünür və ictimai şəkildə açıqlanmır. Hazırda dünyanın ən varlı 500 insanı siyahısına düşmək üçün sərvət həddi 6,3 milyard dollardır. Bu səbəbdən Mixail Lomtadze hələlik bu açıq siyahıya daxil edilmir.

Reytinqdə adı çəkilən digər gürcü milyarderi – hakim partiyanın fəxri sədri Bidzina İvanişvilinin sərvəti "Bloomberg” qiymətləndirməsinə əsasən 3,6 milyard dollar, "Forbes” məlumatına görə isə 2,7 milyard dollar olaraq göstərilir.

Chosen
64
13
publika.az

2Sources