EN

Qross "Brayton"a qayıtdı

Yarımmüdafiəçi Paskal Qross yenidən “Brayton”a qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 34 yaşlı futbolçu “qağayılar”la 2027-ci ilin ortalarınadək nəzərdə tutulan müqavilə imzalayıb.

Qrossun Dortmund “Borussiya”sından “Brayton”a transferinin maliyyə detalları açıqlanmır.

Qeyd edək ki, alman futbolçu 2017–2024-cü illərdə də “Brayton”un formasını geyinib. Həmin dövrdə yarımmüdafiəçi 261 rəsmi oyunda meydana çıxaraq 32 qol və 53 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Brayton” İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Komanda növbəti oyununu yanvarın 3-də öz meydanında “Börnli”yə qarşı keçirəcək.

Chosen
26
90deqiqe.az

1Sources