EN

"2026-cı ildən nə gözləmək olar?" -  ekstrasensdən xəbərdarlıq

"Gözlənilməz siyasi, təbii və mədəni sarsıntılar ili..."

Dünya Yeni ili qeyd edərkən məşhur hipnoterapevt Nikolas Aucula 2026-cı il üçün öz proqnozlarını açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Lad Bible" nəşri yazıb.

COVID pandemiyasını əvvəlcədən gördüyü iddiası ilə tanınan Aucula ilin həm siyasi, həm də ekoloji baxımdan sarsıntılarla dolu olacağını bildirir. Onun vizyonunda rekord isti yay, siyasi uğurlar və hətta idman sahəsində
gözlənilməz nəticələr var.

Ekstrasensin yolu və qabiliyyətləri

Aucula özünü 17 yaşında kəşf etdiyini bildirir: o, əvvəlki həyatlarının vizyonlarını - Misir kraliçası, Himalayda rahibə, çinli dərzi qadın, Afrika şamanı və hətta bir aslan obrazları görməyə başlayıb. Bu təcrübə ona ölümün son olmadığını və ruhun müxtəlif formalarda öyrənməyə və yaşamğa davam etdiyini öyrədib.

Təbiət, siyasət və idman

Auculaya görə, 2026-cı ildə Böyük Britaniyada rekord isti yay olacaq, "Reform UK" partiyası uğur qazanacaq və hətta Uels Altı Millətlər Turnirində qalib gələcək, sonuncu iddia bəzilərinə ən az ehtimal olunan ssenari kimi görünür. O, həmçinin vulkanik və seysmik fəaliyyətin Yunanıstan, Türkiyə, Sakit okean regionu və Asiyada artacağını gözləyir.

Mədəniyyət və texnologiya sarsıntıları

Aucula "Hollywood"-u mÉ™hkÉ™mÉ™ iddiaları vÉ™ ÅŸikayÉ™tlÉ™r dalÄŸasının gözlÉ™diyini proqnozlaÅŸdırır, hÉ™mçinin süni intellektlÉ™ hazırlanmış filmlÉ™rin gündÉ™lik hal alacağını bildirir. Onun fikrincÉ™, yadplanetlilÉ™r dÉ™ 2026-cı ildÉ™ daha açıq ÅŸÉ™kildÉ™ özlÉ™rini göstÉ™rÉ™cÉ™k, baxmayaraq ki, É™vvÉ™llÉ™r Vanqa bu hadisÉ™ni 2025-ci ilÉ™ proqnozlaÅŸdırmışdı. 

Siyasi və ictimai sarsıntılar

Ekstrasensin vizyonlarında Donald Trampın təyyarədən düşməsi (siyasi enişi simvolizə edir), İngiltərənin avroskeptik siyasətçisi Naydcel Farajın tərəfdarları ilə birlikdə görünməsi və şahzadə Harri ilə aktrisa Megan Marklın ətrafında yeni ictimai qalmaqallar var. Aucula həmçinin "sirli xəstəlik" barədə xəbərdarlıq edir ki, simptomları anevrizmaya bənzəyir.

Qlobal perspektivlər və digər xəbərdarlıqlar

Medium Cill M. Cekson 2026-cı ilin iqtisadi sarsıntılar, işsizlik artımı və dünya münaqişələrinin kəskinləşməsi ilə yadda qalacağını proqnozlaşdırır. Onun fikrincə, Sakit okean regionu və Yaponiyada böyük daşqınlar ola bilər, lakin Venesuela ətrafındakı gərginlik ilin ortalarına qədər azalacaq. Aucula və Cekson oxşar çağırış edirlər: qorxuya qapılmaq yox, bu dəyişiklikləri ruhani oyanış və həyat yolunu yenidən qiymətləndirmə fürsəti kimi qəbul etmək lazımdır.

Chosen
73
1
moderator.az

2Sources