EN

Dünyada fəlakət gözlənilir

Dünya Bankı 2026-cı ildə qlobal iqtisadiyyatın orta hesabla 2,7% artacağını proqnozlaşdırır.

Publika.az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu göstərici ölkələr üzrə fərqli olacaq:

“Bankın proqnozlarına görə gələn il ABŞ-da iqtisadiyyat 1,6 – 2,6%, Çində 4,4 – 4,8% aralığında, Avropada isə 1,0 – 1,5% civarında arta bilər. Lakin biz dəfələrlə bu proqnozların özünü doğrultmadığının şahidi olmuşuq. Növbəti il üçün verilən proqnozların bundan daha artıq olması gözlənilən deyil. 2026-cı ildə bəşəriyyətin üzləşəcəyi ən böyük problem ərzaq təminatı ilə bağlı olacaq. Verilən proqnozlar göstərir ki, gələn il dünya müasir tarixin ən ciddi qlobal ərzaq təhlükəsizliyi böhranlarından biri ilə üzləşəcək və yüz milyonlarla insan kifayət qədər ciddi ərzaq qıtlığı keçirəcək”.

100 milyonlarla insan üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır

Chosen
76
publika.az

1Sources