EN

Maskın süni intellekti hamını soyundurur

Amerikalı milyarder İlon Maskın ən qabaqcıl süni intellekt kimi təqdim etdiyi "Grok" pornoqrafik məzmun yaratmağa başlayıb.

Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Grok"dakı "təhlükəsizlik qüsurları" yetkinlik yaşına çatmayanların iştirak etdiyi pornoqrafik şəkillərin yaranmasına səbəb olub və bu şəkillər "X" sosial şəbəkəsində də dərc edilib.

Bəzi "X" istifadəçiləri "Grok"dan istifadə edərək başqalarının şəkillərini onların razılığı olmadan "soyundurur", onlara bikini geyindirir və ya tək bir əmrlə paltarlarını dəyişirlər. Bir çox "X" istifadəçisinin şəkilləri onların razılığı olmadan bu məqsədlər üçün istifadə olunub.

Şirkətin məlumatına görə, bütün qadağan olunmuş məzmun artıq silinib. "Grok"un "X" sosial şəbəkəsindəki səhifəsində mütəxəssislərin aşkar edilmiş zəiflikləri təcili olaraq düzəltmək üçün çalışdıqları da bildirilir.

Baş verənlər fonunda sosial şəbəkələrdə xüsusilə də qadınlar şəxsi şəkillərini silməyə başlayıblar.

Chosen
85
11
publika.az

10Sources