Keçmiş dünya birincisi, hazırda WTA reytinqində 581-ci yerdə qərarlaşan 45 yaşlı amerikalı Vinus Uilyams 2026-cı il Avstraliya Açıq Turnirinin əsas püşkatmasına vəsiqə qazanıb.
Publika.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidmətindən məlumat verilib.
Bu, 45 yaş və yeddi aylıq olan Uilyamsı turnirin əsas püşkatmasında iştirak edən ən yaşlı oyunçu edəcək. Hazırkı rekord 2015-ci il Avstraliya Açıq Çempionatının əsas püşkatmasında iştirak edən və ilk raundda turniri tərk edən yaponiyalı Kimiko Dateyə məxsusdur.