Bakı. Trend:
Venesuela valyutası 2025-ci ildə dollara nisbətdə 479 faizucuzlaşıb.
Trend-inməlumatına görə, bu barədə Venesuela Mərkəzi Bankı məlumat yayıb.2025-ci ilin yanvarında 1 ABŞ dolları 52 bolivar olduğu halda,hazırda rəsmi kurs 301 bolivardır. Qara bazarda isə qiymət rəsmikursdan 80 faiz yüksəkdir.
Müstəqil ekspertlər ötən il ölkədə inflyasiyanın 500 faiziötdüyünü iddia edirlər. Mərkəzi Bank 2 ildir inflyasiya ilə bağlırəqəmləri ictimailəşdirmir.